Hindistanın cənubunda Miçaunq siklon qasırğasının səbəb olduğu güclü yağış və daşqınlar nəticəsində 8 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada Andhra Pradeş və Tamil Nadu ştatlarının müxtəlif bölgələrində yağan güclü yağışların daşqınlara səbəb olduğu bildirilib.
Sürəti saatda təxminən 100 kilometrə çatan Miçaunq siklon fırtınasının səbəb olduğu davamlı leysan yağışlar səbəbiylə Tamil Nadu əyalətinin paytaxtı Çennayda 8 nəfərin həyatını itirdiyi qeyd edilib.
Tamil Nadunun baş naziri M.K.Stalin də siklon fırtınasından zərər çəkmiş ərazilərə baş çəkib və oradakı insanlara ərzaq paylayıb.
Miçaunq siklon qasırğası səbəbindən Tamil Nadu ştatında riskli ərazilərdə yaşayan insanlar təxliyə edilib, məktəblərdə və hökumət binalarında fəaliyyətlər dayandırılıb.
Fırtınanın yaratdığı güclü yağışlar nəticəsində tikilməkdə olan divarın uçması nəticəsində Çennai və ətraf bölgələrdə də məktəblər, hökumət binaları və banklar bağlanıb, 2 nəfər ölüb.