Hindistanın baş naziri Çinin xarici işlər naziri Vanq Yi ilə görüş keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
Modinin sözlərinə görə, Çin diplomatiyasının rəhbərinin səfəri ötən il Kazanda liderlər səviyyəsində başlayan dialoqun davamı olub.
Hindistanın baş naziri görüşü konstruktiv adlandırıb.
O vurğulayıb ki, onun Çin prezidenti Si Çinpinlə danışıqlarından sonra Yeni Dehli və Pekin arasında münasibətlər qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında “davamlı şəkildə inkişaf edir”.
“ŞƏT-in Tianjin sammitində dialoqun davam etdirilməsini səbirsizliklə gözləyirəm”, – baş nazir deyib.
O, iki ən böyük Asiya ölkəsi arasında proqnozlaşdırıla bilən əlaqələrin regionda və dünyada sülh və firavanlığa xidmət edəcəyinə əminliyini ifadə edib.
Xuraman Etibarlı
İnterpress.az