Hizbullah hücum edərsə, İsrail Livanda 120 hədəfi vuracaq.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Küveytin “Al Anba” qəzeti yayıb.
Livan beynəlxalq nümayəndələr vasitəsilə xəbərdarlıq alıb.
Bildirilib ki, əgər Hizbullah İsrail ordusuna Livan ərazisində və ya sərhədin o tərəfində hücum edərsə, İsrail eyni vaxtda ölkə üzrə 120 hədəfə zərbə endirəcək.
Xuraman Etibarlı
İnterpress.az