Hollivud aktyoru Stiv Buşemi Nyu Yorkda döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə aktyorun mətbuat katibi “The New York Post”a məlumat verib.
Manhettenin mərkəzində küçədə gəzişərkən hücuma məruz qalan 66 yaşlı aktyor Stiv Buşemi xəstəxanaya yerləşdirilib.
Aktyorun üzündə və sol gözündə şiş yaranıb.
“Yaxşı fiziki formada olan” naməlum qaradərili Stivə yaxınlaşaraq onu vurub, sonra qaçıb.
Onun sözlərinə görə, “cənab Buşemi yaxşıdır və hər kəsə xoş arzularına görə təşəkkür edib. Bununla belə, aktyor belə hadisənin baş verdiyi “hər kəs üçün inanılmaz dərəcədə kədərlidir”.
Xuraman Etibarlı
İnterpress.az