Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində qəza baş verib.
Gecə saatlarında 1996-cı il təvəllüdlü Qasımbəyli Tuncay Xəqani oğlu “Chevrolet kruz” markalı avtomobillə MİDA sosial evlərin yaxınlığında 1967-ci il təvəllüdlü piyada Müzəffərov Şakir Əyyub oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.