Hulusi Akar: “Terrorçuların olduğu hər yer bizim üçün hədəfdir”backend

Hulusi Akar: “Terrorçuların olduğu hər yer bizim üçün hədəfdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeganə məqsədimiz sərhədlərimizi qorumaqdır. Kimsənin torpağında gözümüz yoxdur”.

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə güc Türkiyə Silahlı Qüvvələridir. Terrorçuların olduğu hər yer bizim üçün hədəfdir. Bizim əməliyyatlarımız nəticəsində 1 milyon 100 min insan torpaqlarına qayıdıb. Bu, Avropanın xeyrinədir. Ona görə də Qərb Türkiyənin terrorla mübarizəsinə dəstək verməlidir”, – o bildirib.(report)