Hulusi Akar: “Türkiyə sonadək Azərbaycanın yanındadır”backend

Hulusi Akar: “Türkiyə sonadək Azərbaycanın yanındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə lazım idisə etdik, etməyə də davam edirik”.

İnterpress.az  DHA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

“Azərbaycan ərazilərini işğal edən təcavüzkar, barbar Ermənistan var. O insanlardan soruşmaq lazımdır: 30 il ərzində azərbaycanlı qardaşlarımız dialoq üçün gözləyib, bu günədək nə edibsiniz? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonadək Azərbaycanın yanındadır. Azərbaycanlı qardaşlarımız atəşkəs qərarına riayət edib. Qeyri-səmimilik göstərən Ermənistan isə buna əməl etməyib. Raketlərlə faciəli şəkildə dinc əhalini qətlə yetirməyə davam etdilər”, – nazir bildirib.

 

İnterpress.az