Hüquq fakültəsinin tələbəsi rüşvətə görə 11 min manat CƏRİMƏLƏNDİbackend

Hüquq fakültəsinin tələbəsi rüşvətə görə 11 min manat CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hüquq fakültəsinin tələbəsi rüşvətə görə 500 min rubl cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Nəqliyyat Universitetinin hüquq fakültəsinin tələbəsi müəllimə rüşvət verdiyi üçün 500 min rubl (təxm. 10 min 756 man) məbləğində cərimə olunub.

İstintaqın məlumatına görə, tələbə akademik borclarını bağlamaq məqsədilə vasitəçi vasitəsilə universitet direktor müavininə 57 min rubl (təxm. 1226 man) ödəyib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən aşkar edildikdən sonra tələbə universitetdən xaric edilib və öz günahını etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az