İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortaçı seçirbackend

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortaçı seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı və Mingəçevir şəhərlərindəki Məlumat Mərkəzlərinin 1 illik könüllü sığortası üçün açıq tender elan edib.

tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 11-i, saat 18:00-a qədər Agentliyin Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 12-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.