Ermənistanın İstintaq Komitəsi Ermənistan İctimai Radiosunun keçmiş icraçı direktoruna qarşı cinayət işi açıb.
İnterpress.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan İctimai Radiosunun keçmiş icraçı direktoru Qaregin Xumaryan prosessual sənədləri saxtalaşdırmaqda ittiham olunur.
İstintaq materiallarına əsasən, Xumaryan İctimai Televiziya və Radio Şurasının qərarını – Armen Koloyanın icraçı direktor vəzifəsinə təyin olunmasını – məhkəmədə mübahisələndirmək istəyib.
Lakin iddia ərizəsini qanunla müəyyən olunmuş müddətdə təqdim etməyib. Müddətin bərpası üçün məhkəməyə təqdim etdiyi vəsatətdə isə həmin dövrdə işsiz olduğunu və hüquqi yardım üçün maliyyə imkanının olmadığını göstərib.
Xuraman Etibarlı
İnterpress.az