Ermənistan Ədliyyə Nazirliyində Azərbaycanla ittifaq dövləti yaradılması üzərində iş aparılır.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına mənbələr məlumat verib.
Bəzi mənbələrin məlumatına görə, Ermənistan Ədliyyə Nazirliyində Azərbaycanla ittifaq dövləti modelinə əsaslanan yeni siyasi qurumun yaradılması üzərində işçi qrup fəaliyyət göstərir. Bu layihənin, Rusiya ilə Belarus arasında mövcud olan ittifaq dövləti modelinə bənzədiyi bildirilir.
İddialara əsasən, hazırlanan yeni konstitusiya layihəsi Ermənistanın dövlət quruluşunu köklü şəkildə dəyişə bilər və “ölkənin suverenliyini ciddi şəkildə məhdudlaşdıra bilər”.
Bu kontekstdə bəzi mənbələr bunu Ermənistanın hazırkı – dördüncü respublika adlandırılan siyasi formasının faktiki sonu və Azərbaycanın təsir dairəsinə daxil olması kimi qiymətləndirirlər.
Məsələ ilə bağlı rəsmi dairələr hələlik heç bir açıqlama verməyib. Eyni zamanda, bu iddialar erməni ictimaiyyəti və siyasi çevrələrdə ciddi narahatlıqla qarşılanır və geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az