Volqoqrad polisi kripto sahibini oğurlamaqda şübhəli bilinir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Volqoqraddan iki polis əməkdaşı kripto sahibkarını oğurlamaqda ittiham olunur.
İddiaya görə, biznesmen avtomobildə saxlanılıb və öz kripto-pul kisəsinin şifrəsini deməyə məcbur edilib.
Oğurlanma 2024-cü ilin noyabrında baş verib. Araşdırmaya görə, baş əməliyyatçı Vladimir D. və növbətçi əməliyyatçı Sergey R. sahibkarı “Volkswagen Touareg” avtomobilinə mindirib və hədələrlə 283 min dollar dəyərində kriptovalyutayı yeddi fərqli cüzdana köçürtməyə məcbur ediblər.
Daha sonra polislərin tanışları kriptovalyutanın böyük hissəsini Moskva-Siti, “Federasiya” qülləsindəki kripto-birjada nağd pula çeviriblər.
İstintaqa görə, əməliyyatdan sonra polislərin “tərəfdaşları” 22 milyon rubl gətirərək Vladimir və Sergeyə 7 milyon veriblər, qalan 15 milyon isə özlərində qalıb.
2025-ci il yanvarın 27-də Sergey və Vladimir saxlanılıb. Onlar həbs olunublar, lakin günahlarını etiraf etmirlər.
Xuraman Etibarlı
İnterpress.az