Sankt-Peterburqda azyaşlı uşaq eskalatorda xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Sankt-Peterburq metrosunun “Çernışevskaya” stansiyasında iki yaşlı uşağın əlinin xəsarət alması ilə bağlı videogörüntülər yayımlanıb.
Kadrlarda ananın diqqətinin tamamilə smartfonunda olduğu, uşağın isə eskalatorun pilləkənlərinə oturduğu əks olunub.
Qeyd edək ki, eskalatorda oturmaq ciddi şəkildə qadağandır.
Metropoliten rəhbərliyi valideynlərə xəbərdarlıq edərək bildirib ki, xüsusilə belə kiçik yaşlı uşaqları mütləq əllərindən tutmaq lazımdır.
Hazırda Rusiya İstintaq Komitəsinin Mərkəzi rayon üzrə istintaq şöbəsi faktla bağlı araşdırmalara başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






