Çində meşə gəzintisi zamanı qadın dərin quyuya yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Bildirilir ki, Çində meşə gəzintisi zamanı təsadüfən dərin bir quyuya düşən 48 yaşlı qadın 54 saat boyunca ağrılar, qorxu və çarəsizliklə mübarizə aparıb.
Quyu hündür otların arasında görünmürdü və onun içindən öz gücü ilə çıxmaq mümkün deyildi.
Qadın saatlarla quyunun divarından asılı vəziyyətdə qalıb. Onu ilanlar sancıb, ağcaqanadlar dişləyib, və susuzluqla mübarizə aparıb.
Qaranlıq və rütubətli mühitdə tək qalan qadını yalnız xilasetmə qrupu təsadüfən onun çarəsiz qışqırıqlarını eşidəndə tapmaq mümkün olub.
Xuraman Etibarlı
İnterpress.az