İlon Mask: “Starship” kosmik gəmisinin orbital uçuşu avqustda baş tuta bilər”backend

İlon Mask: “Starship” kosmik gəmisinin orbital uçuşu avqustda baş tuta bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Starship kosmik gəmisinin prototipinin ilk orbital uçuşu avqustun əvvəlində baş tuta bilər”.

Bu barədə “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask bildirib.

“Əgər sınaqlar yaxşı keçərsə, gələn ay”, – İ.Mask sosial şəbəkə istifadəçisinin sualına cavab olaraq tvitterdə yazıb.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Texas ştatında “Starship” üçün “Super Heavy” reaktiv daşıyıcısının prototipinin sınağı zamanı partlayış və bunun nəticədə yanğın baş vermişdi.

İ.Mask həmin vaxt problemin mühərrik işə düşən zaman ​​yarandığını bildirmişdi.

Qeyd edək ki, 100 nəfəri daşıya bilən “Starship” kosmik gəmisi Marsa uçuşlar üçün nəzərdə tutulub.