İlon Mask tezliklə Respublikaçılara qayıdacaq.
Interpress.az xəbər verir ki, ABŞ sabiq prezidenti Donald Tramp İlon Mask haqqında fikirlərini açıqlayıb.
Tramp bildirib ki, Maskın seçim imkanı çox deyil və radikal solçu qüvvələrlə hərəkət etməsi mümkün deyil.
“Onlar dəli insanlardır. Mən düşünürəm ki, İlon Mask sağlam düşüncəli bir insandır, yaxşı insandır. Bəli, o, yolunu azıb, səhv edib, amma bu qorxulu deyil – hər kəsdə olur. Ümumiyyətlə, o, yaxşı insandır.
Yüzdə səksən həqiqi dahidir, amma iyirmi faiz zəiflikləri var. Onları həll etdikdən sonra sadəcə mükəmməl olacaq,” – Tramp vurğulayıb.
Sabiq prezident əlavə edib ki, o, Maskı həmişə hörmətlə qarşılayıb və bu gün də hörmətlə yanaşır, amma Maskın səhvlərini anlayır və peşman olduğunu düşünür.
Xuraman Etibarlı
İnterpress.az