İmtahan stresi faciə ilə NƏTİCƏLƏNDİ – Məktəbli İNSULT KEÇİRDİbackend

İmtahan stresi faciə ilə NƏTİCƏLƏNDİ – Məktəbli İNSULT KEÇİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samarada məktəbli qız imtahandan sonra xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Samara şəhərində yerləşən məktəblərin birində Vahid Dövlət İmtahanı zamanı xoşagəlməz hadisə baş verib. Tarix fənni üzrə imtahanı başa vuran şagird qəfildən özünü pis hiss edib.

İmtahan keçirilən mərkəzin əməkdaşları dərhal təcili tibbi yardım çağırıblar. İlkin məlumatlara görə, şagirddə insult əlamətləri müşahidə olunub.

Hazırda məktəbli şəhərin tibb müəssisələrindən birində müayinədən keçirilir.

Mütəxəssislər imtahan stresinin yeniyetmələrin səhhətinə mənfi təsirlərini vurğulayaraq, belə halların qarşısının alınması üçün psixoloji dəstəyin vacibliyini qeyd edirlər.

Xuraman Etibarlı

İnterpress.az