“İnsan yer üzünün əşrəfidir”, deyirlər. Amma bəzən elə hadisələrlə üzləşirik ki…
Yaşadıqlarımız bizi dərin depressiyaya salır, doğmalardan uzaqlaşdırır, özümüzə qapanırıq. Bəzənsə heç yemək də yada düşmür. Bəs belə hallarda nə etməli? Xilas yolu Müasir Psixologiya Mərkəzindədir …
Mərkəzdə təkcə psixoloji problemlərə yox, hətta doğmalarla belə bölüşə bilmədiyiniz, özünüzə dərd etdiyiniz suallara cavab var. Müasir Psixologiya Mərkəzi hər kəsin ürəklə üz tuta biləcəyi ünvandır.
Çünki burada sizi dinləməyi də bacarırlar, məsləhət verməyi də, həyata qaytarmağı da… Artıq 11 ildir fəaliyyət göstərən mərkəzin qapıları uşaqdan böyüyə hər kəsin üzünə açıqdır. Burada seanslarla yanaşı beynəlxalq sertifikatlı müxtəlif psixoloji testlər də həyata keçirilir. Məhz o testlər vasitəsilə problemin qaynağını tapmaq daha əlçatan olur.
Mərkəzin rəhbəri Aidə Sübhan bura üz tutan hər kəsin sanki bir doğmasıdır.
İnsanlar öz problemlərini, psixoloji vəziyyətlərini, çaş-baş qaldıqları situasiyaları, sualsız cavablarını çəkinmədən onunla bölüşürlər. Çünki bilirlər ki, Aidə xanım sirr dağarcığıdır. Həm dərd ortağı olacaq, həm əlac edəcək.
Psixo-diaqnostika və seanslardan sonra normal həyata dönən yüzlərlə insanın minnətdarlıq ünvanıdır Aidə Sübhan… Xaricdə ixtisaslaşmış mütəxəssislərin fəaliyyət göstərdiyi mərkəz yüzlərlə insanın ümid yeridir. Yeri gəlmişkən qeyd edək ki, Müasir Psixologiya Mərkəzində sonsuzluq probleminin psixoloji problemlərindən, toy gecəsi qorxusundan, cinsi istəksizlikdən tutmuş travmalardan sonra yaranan psixoloji problemlər, fobiyalar, davranış pozuntuları, kəkələmə, əqli gerilik, daun sindromu, imtahan stresi, həyəcan, təşviş və hamilə xanımların psixoloji durumuna qədər bütün problemlərə çarə var.
Yetər ki, özünüzdə cəsarət tapıb, Müasir Psixologiya Mərkəzinə gəlin. Görəcəksiniz ki, sizi düşünən və xoşbəxt olmağınız üçün əlindən gələni etməyə çalışan necə bir komanda var. Bu komanda düşüncəsi ilə qarşısına maneələr, baryerlər qoymuş insanlara xüsusi metodiki vasitələrlə kömək edir, onların yenidən həyata dönməyinə, xoşbəxt yaşamaqlarına vasitəçi olurlar. Özünüzü və doğmalarınızı sevməyə cəhd edin … Psixoloji problemlərin pəncəsində məhv olmayın. Eləcə, Müasir Psixologiya Mərkəzinə gəlin! Sizə burada həyat eşqini bəxş edəcəklər!