Həkimlər xəbərdarlıq edir ki, həddindən artıq qaçış xərçəng riskini artırır.
İnterpress.az xəbər verir ki, bu barədə aparılan genişmiqyaslı tibbi araşdırmalarda məlumat verilib.
Mütəxəssislər müntəzəm və intensiv qaçışla məşğul olan şəxslərin sağlamlığı üçün ciddi risklərin yarandığını bildiriblər.
Aparılan tədqiqatlar göstərir ki, uzunmüddətli və yüksək intensivlikli qaçış məşqləri bağırsaq sistemi üçün ciddi stress mənbəyidir.
Həkimlərin sözlərinə görə, fiziki yüklənmə zamanı qan əsasən əzələlərə doğru axdığı üçün bağırsaqlar müvəqqəti olaraq işemiya (oksigen aclığı) vəziyyətinə düşür. Bu proses xroniki iltihablara və DNT zədələnmələrinə yol açır.
Tədqiqatın nəticələri təşviş doğurur: gənc qaçışçıların 50 faizində bağırsaq polipləri, 15 faizində isə xərçəng öncəsi adenomalar aşkar edilib.
Bu göstəricilər həmin yaş qrupu üçün nəzərdə tutulan normadan üç dəfə yüksəkdir.
Mütəxəssislər idmanla məşğul olanlara yüklənmələri fərdi və balanslı şəkildə planlaşdırmağı, eləcə də mütəmadi olaraq tibbi müayinədən keçməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






