İordan çayının qərb sahilində terror aktı baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, bu səhər İordan çayının qərb sahilində 3 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib.
55 nömrəli magistralda iki terrorçu İsrail avtomobillərinə və bir avtobusa atəş açıb.
Ölənlər arasında iki qadın və bir kişi də var. Daha 6 nəfər yaralanıb.
Terrorçular hadisə yerindən qaça biliblər və təhlükəsizlik qüvvələri onların tutulması üçün əməliyyata başlayıb.
Xuraman Etibarlı
İnterpress.az