İordaniya və Qazaxıstan 15-dən çox sənəd İMZALADIbackend

İordaniya və Qazaxıstan 15-dən çox sənəd İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya və Qazaxıstan 15-dən çox sənəd imzalayıb.

İnterpress.az xəbər verir ki,  Astana şəhərində keçirilən görüşdə İordaniya kralı Abdullah II və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında əməkdaşlığı genişləndirmək və regional, qlobal məsələləri müzakirə ediblər.

Görüşdə Tokayev İordaniyanı Yaxın Şərqdə stabilliyin dayağı kimi qiymətləndirib.

Qazaxıstanın İordaniya bazarına ixracını genişləndirməyə hazır olduğu bildirilib. Ölkə 60 növ qeyri-xammal məhsulu ümumi dəyəri 250 milyon ABŞ dolları olmaqla təqdim edə bilər.

Prezident həmçinin Mərkəzi Asiya və Yaxın Şərq arasında intermodal daşımaların birgə inkişaf imkanlarını müzakirə etməyi təklif edib.

Danışıqların nəticəsində 15-dən çox kommersiya və hökumətlərarası sənəd imzalanıb. Vizit çərçivəsində həmçinin Qazaxıstan-İordaniya biznes forumu keçiriləcək, tədbirdə təxminən 300 sahibkar və investor iştirak edəcək.

Xuraman Etibarlı

İnterpress.az