İqtisadiyyat və media arasında körpü: Türkiyə və Azərbaycan jurnalistləri üçün yeni platforma yaradılırbackend

İqtisadiyyat və media arasında körpü: Türkiyə və Azərbaycan jurnalistləri üçün yeni platforma yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan filialının ofisində Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin gücləndirilməsi məqsədilə görüş keçirilib.

İnterpress.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirinin təşəbbüsü ilə iqtisadi mövzularda ixtisaslaşmış bir qrup azərbaycanlı jurnalistlə görüş təşkil olunub.

Bu tədbirin əsas məqsədi iki ölkənin media və işgüzar dairələri arasında yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Görüş iştirakçıları cari və qarşıda duran birgə layihələr barədə fikir mübadiləsi aparıb, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müəyyən ediblər.

Bu görüşün əsas nəticələrindən biri Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində ilk dəfə olaraq İqtisadiyyat Jurnalistləri Platformasının yaradılması ilə bağlı qərar olub. Bu təşəbbüs ikitərəfli biznes layihələrini və iqtisadi əlaqələri işıqlandıran iqtisadiyyat jurnalistlərinin səylərinin əlaqələndirilməsi üçün mühüm alət olacağını vəd edir. Platforma iki ölkənin media icmaları arasında əlaqələrin inkişafında yeni mərhələ olacaq, daha sıx əməkdaşlıq və təcrübə mübadiləsinə imkan yaradacaq.

İqtisadiyyat Jurnalistləri Platformasının yaradılması media inteqrasiyasında irəliyə doğru bir addım olmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə də mühüm töhfədir. Bu platformada iştirak edən jurnalistlər mühüm layihələri işıqlandırmaq üçün birgə işləyə biləcəklər ki, bu da öz növbəsində, diqqəti yeni biznes və investisiya imkanlarına cəlb etməyə kömək edəcək.”Report”

Beləliklə, Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü və “MÜSIAD Azərrbaycan”ın dəstəyi sayəsində media və iqtisadiyyat sahəsində qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaranır, bu isə iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcək.