İran Astara sərhəd-keçid məntəqəsi vasitəsilə qeyri-neft ixracını artırıbbackend

İran Astara sərhəd-keçid məntəqəsi vasitəsilə qeyri-neft ixracını artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yeni ilin başladığı martın 21-dən sentyabrın 21-nə qədərki 6 ay ərzində Azərbaycanla sərhəddə yerləşən Astara sərhəd-keçid məntəqəsi vasitəsilə 239 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 5 % çoxdur.

Hesabat dövründə ixrac edilən qeyri-neft məhsullarının həcmi isə 402,3 min ton olub ki, bu da illik müqayisədə 6 % çoxdur.

Əsas ixrac məhsulları kənd təsərrüfatı, neft-kimya, minerallar, plastik artefaktlar, kafel, keramika, tikinti daşları, süd məhsulları, su məhsulları və plastik artefaktlar , əsas ixrac istiqamətləri isə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna və Belarus olub.