İran bütün AİB ölkələrinə Çabahar limanına çıxışı təmin etməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bunu İrəvanda keçirilən Avrasiya İqtisadi Forumu çərçivəsində İslam Respublikasının sənaye, mədən və ticarət naziri Attabak deyib.
“Artıq Ermənistana giriş verilib. Biz bu layihəni tam dəstəkləyirik. Üstəlik, bütün AİB ölkələrinin iştirakı üçün limanda infrastruktur artıq hazırdır”, – o qeyd edib.
Avrasiya İqtisadi Birliyinə (AİB) Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan daxildir.
Xuraman Etibarlı
İnterpress.az