İran Əfqanıstan və Pakistan arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır – Abbas Əraqçibackend

İran Əfqanıstan və Pakistan arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır – Abbas Əraqçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Əfqanıstan və Pakistan arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Əfqanıstan və Pakistan arasındakı münaqişənin tənzimlənməsinə töhfə verməyə hazır olduğunu bəyan edib.

O bildirib ki, Tehran hər iki qonşu dövlət arasındakı gərginliyin azaldılması və sülhün bərqərar olması üçün bütün mümkün imkanlardan istifadə etməyə hazırdır.

Nazir vurğulayıb ki, regionda sabitliyin təmin olunması İran üçün mühüm əhəmiyyət kəsb edir.

Rəsmi Tehran hər iki tərəflə mövcud olan diplomatik əlaqələrindən istifadə edərək dialoq mühitinin yaradılmasına və problemlərin masa arxasında həllinə dəstək vermək niyyətindədir.

Xuraman Etibarlı

İnterpress.az