İranın Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıdığı iddia edilən 2 tankeri ələ keçirdiyi açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məsələ ilə bağlı İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib.
Biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tanker ölkənin cənubunda ələ keçirilib. Hadisə Fars körfəzindəki Əbu Musa adasında baş verib.
Sözügedən tankerlərin ekipajının saxlanıldığı qeyd edilib.