İran və Beynəlxalq Atom Enerjisi Agentliyi yeni vəziyyətdə əməkdaşlıq barədə razılığa gəlib
İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai bildirib.
O deyib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə yönəlmiş hücumlarından sonra yaranmış yeni vəziyyətdə əməkdaşlıq barədə razılığa gəliblər.
Əvvəlcə Wall Street Journal-ın jurnalisti Lorens Norman də bu razılaşmanın əldə olunduğunu yazmışdı.
İranın Xarici İşlər naziri Abbas Əraqçi isə çərşənbə günü Qahirədə BAEA-nın baş direktoru Rafael Grossi və Misirin Xarici İşlər naziri Badr Abdelati ilə görüşüb.
Xuraman Etibarlı
İnterpress.az






