İranda “Hatəm əl-Ənbiya” komandanlığına yeni rəhbər TƏYİN EDİLDİ – FOTObackend

İranda “Hatəm əl-Ənbiya” komandanlığına yeni rəhbər TƏYİN EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sələfinin aradan qaldırılmasından iki ay sonra İran “Hatəm əl-Ənbiya”ya yeni komandir təyin edib.

Interpress.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

İran hakimiyyəti Ali Abdullahi yeni “Hatəm əl-Ənbiya” (Fövqəladə hallar üzrə komandanlıq) rəhbəri təyin edib.

Bu vəzifə İsrail tərəfindən əvvəlki rəhbər Əli Şadmaninin öldürülməsindən sonra boş qalmışdı.

Şadmani iyunun 13-də İsrailin hava zərbələri nəticəsində Tehrandakı qərargahında həlak olmuş, 25 iyunda isə İran İnqilab Keşikçiləri Korpusunun (İKK) də bu faktı təsdiqləmişdi.

O, İran rejiminin ən yüksək rütbəli hərbi komandiri hesab edilirdi.

Xuraman Etibarlı

Interpress.az