İranda polislər intihardan qurtardıqları şəxsi amansızcasına döydülər – VİDEObackend

İranda polislər intihardan qurtardıqları şəxsi amansızcasına döydülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın paytaxtı Tehranda polislər intihar etmək istəyən gənci fikrindən daşındırsalar da, daha sonra onun əlini-qolunu bağlayaraq amansızcasına döyüblər.

Qeyd olunur ki, hadisə sentyabrın səkkizində Tehranın Piroozi küçəsində baş verib.

Hadisə ətrafda yaşayan sakinlər tərəfindən mobil telefona çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə polislərin gənci intihardan çəkindirdiyi daha sonra isə onu qandallayaraq təpikləməyə başladığı aydın görünür.

Polisin bu qəddar hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb.

Mənbə: İrankargar.com