İrandan Azərbaycana keçməyə cəhd edən Əfqanıstan vətəndaşı saxlanılıbbackend

İrandan Azərbaycana keçməyə cəhd edən Əfqanıstan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən avqust ayının 25-də saat 21:00-da Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir nəfər şübhəli şəxsin İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsi müşahidə olunub.

Bu barədə İnterpress.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aşkar olunmuş şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.

“Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 24.04.1998-ci il təvəllüdlü Mahmood Khil Bilal oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.