İranla “Qazprom” 40 milyardlıq saziş imzaladıbackend

İranla “Qazprom” 40 milyardlıq saziş imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Milli Neft Şirkəti (NIOC) və Rusiyanın “Qazprom” şirkəti təxminən 40 milyard dollar dəyərində anlaşma memorandumu imzalayıb.

İnterpress.az xəbər verir ki, sənəd NIOC-un baş direktoru Möhsün Xocəstəmehr və “Qazprom”un Vitali Markelov tərəfindən onlayn mərasim zamanı imzalanıb.

Sənəddə Kiş və Şimali Pars yataqlarının işlənilməsi, Cənubi Pars yatağında təzyiqin artırılması, 6 neft yatağının işlənilməsi, qaz məhsullarının mübadiləsi, LNG layihələrinin başa çatdırılması, ixrac qaz kəmərlərinin çəkilməsi və digər elmi-texniki əməkdaşlıq nəzərdə tutulur.