İranlı diplomat Misirdə müəmmalı şəkildə yoxa çıxıb.
Interpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Sabiq iranlı diplomat Əmir Musəvi rəsmi dəvətlə ölkəyə səfər etdikdən sonra Misirin hava limanında müəmmalı şəkildə itib.
Məlumata görə, Musəvi Misir tədqiqat mərkəzlərinin dəvəti ilə seminarda iştirak etməli idi.
Tədbir Misir və İran arasında iqtisadi və texnoloji əməkdaşlıq perspektivlərinin müzakirəsini nəzərdə tuturdu.
Diplomatın Qahirəyə enişindən dərhal sonra sorğu-sual edildiyi, daha sonra isə onunla əlaqənin kəsildiyi bildirilir.
Misir hakimiyyəti Musəvinin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xuraman Etibarlı
Interpress.az