İraq Türkiyə səfirini XİN-ə ÇAĞIRDI: Hakan Fidanın bəyanatları Bağdadı QƏZƏBLƏNDİRDİbackend

İraq Türkiyə səfirini XİN-ə ÇAĞIRDI: Hakan Fidanın bəyanatları Bağdadı QƏZƏBLƏNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq Türkiyə səfirini XİN-ə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İraq Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfiri Anıl Yaxın İnanı quruma çağırıb. Buna səbəb Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu yaxınlarda “CNN Türk” kanalına verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər olub.

İraq XİN rəhbərinin müavini əl-Ulum bu bəyanatları iki ölkə arasındakı dostluq münasibətlərinə təhqir, İraqın daxili işlərinə müdaxilə və diplomatik normaların pozulması kimi qiymətləndirib.

O vurğulayıb ki, İraqın daxili məsələləri müstəsna olaraq ölkə daxilində həll edilməlidir.

Türkiyə səfiri isə öz növbəsində bildirib ki, nazirin sözləri tərcümə və şərhlər səbəbindən yanlış anlaşılıb.

Səfirin sözlərinə görə, Hakan Fidanın açıqlamaları İraq vətəndaşlarına deyil, yalnız ölkə ərazisindəki PKK terror təşkilatının üzvlərinə aid olub.

O, Ankaranın İraqın suverenliyinə hörmətlə yanaşdığını və daxili işlərə müdaxilə etmədiyini bir daha təsdiqləyib.

Qeyd edək ki, Hakan Fidan müsahibəsində Suriyadan sonra “qaçılmaz olaraq İraq mərhələsinin gəldiyini” demişdi.

O, PKK strukturunun qorunub saxlanılmamalı olduğunu, İraq hökumətinin bu məsələdə “aydın siyasi iradə” nümayiş etdirməli olduğunu vurğulamışdı.

Nazir həmçinin İraqın faktiki olaraq öz ərazisində silahlı qruplaşmanın mövcudluğuna göz yumduğunu qeyd edərək, Türkiyə hərbi hava qüvvələrinin dəstəyi ilə mümkün əməliyyatın cəmi “2-3 gün” çəkə biləcəyini qeyd etmişdi.

Xuraman Etibarlı

İnterpress.az