İraqın Ənbar vilayətində ABŞ-nin Ayn əl-Əsəd hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraq “İslam Müqavimət Hərəkatı” məlumat yayıb.
Bildirilib ki, PUA nəzərdə tutulan hədəfi vurub. Amma dəyən ziyanla bağlı məlumat verilmir.