“İrəvan yaxşı başa düşür ki, verilən vaxt limiti bitir” – Politoloq şərhibackend

“İrəvan yaxşı başa düşür ki, verilən vaxt limiti bitir” – Politoloq şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycan suverenliyi tərkibində həllini tapacaq”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress” saytına açıqlamasında Bakı- İrəvan arasındakı son proseslərlə bağlı fikirlərini dəyərləndirən Bakı Politoloqlar Klubunun sədri – Zaur Məmmədov İnterpress.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağ Azərbaycanın daxili işidir və iki ölkə Xankəndi məsələsini müzakirə etməməlidir:

“Qriqoryan açıqlamasında “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istiqamətində gedir. Kommunikasiya və delimitasiyadan sonra sülh müqaviləsi imzalana bilər”, deyə bildirib. Əslində bu tezis Azərbaycanın tələbədir. Qriqoryan bu çıxışı ilə faktiki olaraq separatçılardan imtina etdiklərini və 1989-cu ilin qanunsuz Miasumundan imtina etdiyini bəyan edir. Paşinyanın ardından növbəti dəfə Qriqoryan Azərbaycanın sərhədlərini və ərazİ bütövlüyünü tanıdıqlarını, Qarabağ məsələsinin ərazi deyil, hüquq və təhlükəsizlik məsələsi olduğunu qeyd edib.

Azərbaycanın “ya sülh, ya müharibə” çağırışları fonunda Nikol Paşinyan bir daha Ermənistan auditoriyasına həqiqətləri Qriqoryan vasitəsilə ilə çatdırdı. İrəvan bəyanatların vaxt aparmaq məqsədilə verilməməsini sübut etməlidir. Avqustda Ermənistan konkret addımlar atmalıdır. Əks təqdirdə, Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni hərbi birləşmələri məhv ediləcək. Həmçinin digər ərazilərdə də bayrağımız lazımi yerlərdə sancılacaq”.