Cənubi Karolinada polis əməkdaşı həmkarını balıq isitdiyinə görə az qala öldürəcəkdi.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-тшn Cənubi Karolina ştatından olan polis əməkdaşı həmkarını mikrodalğalı sobada davamlı olaraq balıq isitdiyinə görə az qala öldürəcəkdi.
Belə ki, yeməyin qoxusu kişini o qədər qıcıqlandırıb ki, günlərin birində o, buna dözə bilməyərək həmkarına tapança tuşlayıb.
Baş vermiş bu insidentdən sonra silah çəkən polis əməkdaşı dərhal vəzifəsindən azad edilib və hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
Xuraman Etibarlı
İnterpress.az






