İsa Qəmbərə niyə 180 manat verilir? – RƏSMİbackend

İsa Qəmbərə niyə 180 manat verilir? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu Azərbaycan parlamentinin sabiq sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə 180 manat pensiya təyin edilməsi məsələsinə aydınlıq gətirib.

Fondun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İsa Yunis oğlu Qəmbərə yaşa görə pensiya deyil, yaşa görə müavinət təyin edilib.

“Bununla bağlı mediada dərc olunmuş məlumatla əlaqədar bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda.

İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.

Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub”, – məlumatda qeyd olunub.