İspan hərbçilərinin təlimində KURYOZ: Zirehli maşın 300 metr yüksəklikdən YERƏ ÇIRPILDI – VİDEObackend

İspan hərbçilərinin təlimində KURYOZ: Zirehli maşın 300 metr yüksəklikdən YERƏ ÇIRPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyalı desantçıların təlimi uğursuzluqla nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

İspaniyada keçirilən hərbi təlimlər ciddi insidentlə yadda qalıb.

Təlimlər zamanı havadan yerə buraxılması planlaşdırılan “VAMTAC” markalı zirehli avtomobil paraşütlərdən ayrılaraq 300 metr yüksəklikdən yerə düşüb.

Zirehli texnikanın parçalanması ilə nəticələnən insident zamanı xəsarət alanın olub-olmadığı barədə rəsmi məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.az