İspaniyada 200-dən çox təşkilat hökumətdən İsraillə silah ticarətini dayandırmağı tələb edibbackend

İspaniyada 200-dən çox təşkilat hökumətdən İsraillə silah ticarətini dayandırmağı tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada 200-dən çox təşkilat 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə yaydığı birgə bəyanatda İspaniya hökumətindən İsraillə silah ticarətini kəsməsini istəyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

200-dən çox təşkilat, o cümlədən İspaniyanın iki ən böyük həmkarlar ittifaqı, CCOO və UGT, Jurnalistlər Birlikləri Federasiyası, Sülh Naminə Tədqiqatlar üzrə İspaniya Agentliyi, Ekoloqlar Fəaliyyətdə Təşkilatı, İnkişaf Təşkilatlarının İspaniya Koordinasiyası və İpoteka Qurbanları Platforması bu tələblə çıxış edib.

Onlar “İsrail ilə silah ticarətinə son verək” başlıqlı kampaniya başlatdıqlarını açıqlayıb. Bu təşkilatların dərc etdikləri birgə bəyanatda qeyd olunub ki, hazırda İspaniya ilə Avropa arasında İsrailə silah, hərbi texnologiya və texnika ixracına nəzarəti tənzimləyən ümumi standartları müəyyən edən Avropa İttifaqı haqqında Müqavilənin bəzi maddələri pozulub.

Barselonada keçirilən
mətbuat konfransında danışan Sülhün Təşviqi Kataloniya Şurasının sədri Qabriela Serra deyib: “Biz qeyri-mümkün bir şey istəmirik. İspaniya və digər Avropa ölkələri İsrailə silah satmağı dayandırmalıdır”.