İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş verən və 5 gündür davam edən meşə yanğını küləyin təsiri ilə hələ də nəzarət altına alınmayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanğın 4000 hektardan çox meşə sahəsini məhv etsə də, təxliyə edilən 1500 nəfərin hələ də evlərinə qayıda bilməyəcəyi bildirilir.
Təxminən 40 kvadrat kilometr ərazidə bir çox kəndi əhatə edən yanğın nəticəsində toyuq, inək, keçi və qoyun kimi çoxlu heyvanın tövlələrdə qapalı qaldığı bildirilib.
Kənd sakinləri heyvanlarının yeməksiz, susuz qaldığını, itkilərinin böyük olduğunu bildiriblər.