İsrail diplomatlarını Türkiyəyə qaytarıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Walla” İsrail Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazıb.
Bildirilir ki, bir ay əvvəl İsrail HƏMAS ilə müharibənin başlanğıcında “təhlükəsizlik məqsədilə” evakuasiya edilən diplomatlarını Ankaradakı səfirliyinə və İstanbuldakı konsulluğuna qaytarmağa başlayıb.
Diplomatların cəmi bir neçə günlük geri qayıtdıqları, bundan sonra İsrailə qayıdacaqları qeyd edilir.
İsrail 2023-cü il oktyabrın 19-da Türkiyədən bütün diplomatlarını geri çağırıb. Noyabrın 4-də Türkiyənin İsraildəki səfiri məsləhətləşmələr üçün ölkəyə geri çağırılıb.
Xuraman Etibarlı
İnterpress.az