İsrail HƏMAS rəhbərliyinə Dohada zərbə endirib.
İnterpress.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri Yoav Kats birgə bəyanatla Dohada HƏMAS rəhbərliyinə zərbə endirildiyini təsdiqləyiblər.
İsrail rəsmilərinə görə, əməliyyat əvvəlki gün Qüdsdə baş vermiş terror aktına cavab olaraq həyata keçirilib və həmin hücumda mülki şəxslər həlak olub.
Bəyanatda qeyd olunur ki, terror aktından dərhal sonra Netanyahu təhlükəsizlik qüvvələrinə HƏMAS liderlərinin mümkün zərərsizləşdirilməsi üçün hazırlıq görməyi tapşırıb.
Qərar təhlükəsizlik rəhbərliyi ilə məsləhətləşmələrdən sonra, müdafiə nazirinin tam dəstəyi ilə qəbul edilib.
“Bu hərəkətlər tamamilə qanunidir. HƏMAS rəhbərliyi 7 oktyabr faciəsinə və davam edən terror aktlarına, o cümlədən dünən Qüdsdə baş verən hücuma birbaşa cavabdehdir”, – bəyanatda vurğulanır.
Xuraman Etibarlı
İnterpress.az