İsrail Hizbullahın silahsızlandırılmasını DƏSTƏKLƏDİ – İran isə QARŞI ÇIXDIbackend

İsrail Hizbullahın silahsızlandırılmasını DƏSTƏKLƏDİ – İran isə QARŞI ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hizbullahın silahsızlandırılmasını dəstəkləyib, İran isə qarşı çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi SNN məlumat yayıb.

Livandakı şiə hərəkəti Hizbullahın silahsızlandırılması planına fərqli reaksiyalar gəlib.

İsrail baş nazirinin kabinetindən bildirilib ki, ölkə Livan hökumətinin Hizbullahı silahsızlandırmaq qərarını alqışlayır.

Habelə qeyd olunub ki, planın həyata keçirilməsi halında İsrail ordusunun Livanın cənubundakı qüvvələrinin mərhələli şəkildə azaldılması da daxil olmaqla, ABŞ-nin rəhbərliyi ilə koordinatorluq edilən təhlükəsizlik tədbirləri görüləcək.

Buna qarşı olaraq, İran İnqilab Keşikçiləri Korpusunun (İKK) Sepah-e-Qods xüsusi bölməsinin müavini Məscidi bəyan edib ki, Livandakı Hizbullahı silahsızlandırmaq planı reallaşa bilməz.

Onun sözlərinə görə, müqavimət silahları Livan xalqının öz torpağını Sionist rejimin aqressiyasından qoruması üçündür və Hizbullahın silahsızlandırılması amerika-sionist layihəsidir.

Məccidi əlavə edib ki, nə Livan xalqı, nə də Hizbullah bu planı qəbul edəcək və o, heç vaxt həyata keçməyəcək.

Xuraman Etibarlı

İnterpress.az