İsrail Fələstin Sahilini ilhaq etməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, İsrail hökuməti İordan çayının Qərb sahilini ilhaq etməyi müzakirə edir.
Bu addım Fələstinin tanınmasına cavab olaraq atıla bilər.
İlhaq məsələsi 1967-ci il Yaxın Şərq müharibəsində ələ keçirilmiş ərazilərin birləşdirilməsi məsələsi kimi təhlükəsizlik nazirlər kabinetinin iclas gündəliyinə daxil edilib.
İclas baş nazir Benyamin Netanyahu rəhbərliyi ilə keçirilib.
Xuraman Etibarlı
İnterpress.az