İsrail Niderlanddan israillilərə qarşı hücumların qarşısını almağı TƏLƏB ETDİbackend

İsrail Niderlanddan israillilərə qarşı hücumların qarşısını almağı TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Xarici İşlər Nazirliyi Niderlandda baş verən antisemit hadisəyə reaksiya verib.

İnterpress.az xəbər verir ki, rəsmi açıqlamada hökumətə israillilərə qarşı hücumların qarşısını almaq üçün ciddi tədbirlər görmək, cinayətkarları tapmaq və məsuliyyətə cəlb etmək çağırışı edilib.

Avqustun 21-də Niderlandda iki israilli turist hücuma məruz qalıb və döyülüb. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, naməlum şəxslər İsrailin Haaqadakı səfirliyinin qapısını sındıraraq giriş hissəsini qırmızı boya ilə boyayıblar.

Hadisələrlə bağlı Niderlandın İsraildəki səfiri XİN-ə çağırılıb.

Xuraman Etibarlı

İnterpress.az