İsrail Oktyabrın 7-də Hücumda iştirak edən HƏMAS yaraqlısını öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu və Şin Bet təhlükəsizlik xidməti (Şin Bet) HƏMAS-ın Şati batalyonunda Nuxba bölməsinin komandiri Vael Matrianın öldürüldüyünü açıqlayıb.
Onun 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu zamanı Nahal Ozdakı hərbi bunkerə hücumda iştirak etdiyi bildirilir.
Müharibə başlayandan sonra o, Qəzza zolağında İsrail əsgərlərinə hücum marşrutlarının təşkilində də iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az