İsrail ordusu Hebron meri Taisir Əbu Sninanı saxlayıb.
İnterpress.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Fələstinin Xevron şəhərinin meri Taisir Əbu Sninəni saxlayıb. Onun evində axtarış da aparılıb.
Məlumata görə, məmur HƏMAS hərəkatına dəstək verməkdə şübhəli bilinir.
Ekspertlər hesab edirlər ki, bu addım İsrail-Fələstin münasibətlərində gərginliyi daha da artıra və bölgədə siyasi sabitliyi sarsıda bilər.
Xuraman Etibarlı
İnterpress.az