İsrail ordusu Hizbullahın Livandakı obyektlərini məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu keçən gecə dəqiq hədəf əməliyyatı çərçivəsində İsrail-Livan sərhədində, Dov dağında Hizbullah tərəfindən istifadə edilən bir neçə mövqeyi məhv edib.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah qüvvələrinin bərpası üçün istifadə edilən obyektə hava zərbələri endirib.
Ordu mətbuat xidməti bir daha vurğulayıb ki, həmin ərazidə belə obyektin mövcudluğu İsrail və Livan arasındakı razılaşmanın pozulmasıdır.
Xuraman Etibarlı
İnterpress.az