İsrail ordusunun Qəzzada itkiləri 105 nəfərə çatıbbackend

İsrail ordusunun Qəzzada itkiləri 105 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusunun noyabrın sonunda Qəzza zolağında HƏMAS-a qarşı başladığı quru əməliyyatından bəri itkiləri 105-ə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Ordusu noyabrın 20-də yaralanan ehtiyatda olan hərbçinin öldüyü barədə məlumat verib.

Qeyd edilib ki, ötən gün Qəzza zolağının cənubunda 3 hərbçi ağır yaralanıb.