İsrail polisi ilə fələstinli gənclər arasında qarşıdurma: Yüzlərlə yaralı varbackend

İsrail polisi ilə fələstinli gənclər arasında qarşıdurma: Yüzlərlə yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Qüdsün Köhnə Şəhər hissəsində yerləşən Məscidül-Əqsada İsrail polisi ilə fələstinli gənclər arasında qarşıdurma yaranıb.

“Anadolu” agentliyi xəbər verir ki, yaralananların sayı 205-ə çatıb.

88 nəfər Qüds xəstəxanasına, digərləri isə ambulator qaydada müalicəyə göndərilib.

Yaraların çoxunun üz, göz və sinə nahiyəsindən plastik güllə xəsarətlərinin olduğu və Fələstinin xəstəxanalardakı sıxlıq səbəbiylə bölgədə səhra xəstəxanası qurduğu bildirilib.

Münaqişə nəticəsində “Ruptly” saytının operatoru da xəsarət alıb.

 

İnterpress.az